04:40 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makron

Rusiya "G7"ə qayıda bilər – Təklif səsləndi

© Ludovic Marin/Pool via REUTERS
DÜNYA
Qısa URL
1105 0 0

Amerika və Fransa prezidentləri Rusiyanı gələn il baş tutacaq "G7" sammitinə dəvət etməyə dair razılığa gəliblər

BAKI, 21 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək "Böyük yeddilik" (G7) sammitinə dəvət etmək təklifini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu məlumatı "CNN" telekanalının jurnalisti Kayli Atvud ABŞ administrasiyasında olan yüksək vəzifəli mənbələrə istinadən "Twitter" sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, əvvəllər "Böyük səkkizlik" (G8) adlanan sammitə sonradan Rusiyanın çağırılmaması ilə sammit "G7" adlanmağa başlayıb.

Jurnalistin sözlərinə görə, Amerika və Fransa prezidentləri aralarında baş tutmuş telefon danışığı zamanı Rusiyanı gələn il baş tutacaq "G7" sammitinə dəvət etməyə dair razılığa gəliblər. Atvud qeyd edib ki, bu ideya Makrona məxsusdur. Trampın bu məsələni avqustun 24-26-da Fransanın Biarrits şəhərində keçiriləcək sammitdə qaldıracağı gözlənilir.

Bir müddət öncə, ABŞ lideri "G8" formatının bərpasına və Rusiyanın bu sammitə qayıdışına etiraz etməyəcəyini bildirib.

Qeyd edək ki, bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla baş tutmuş görüşü zamanı Rusiya lideri "G7" ilə istənilən əlaqənin faydalı olduğunu bildirib və "G8" formatının bərpasının mümkün olduğunu istisna etməyib.

Əsas mövzular