Trampdan Rusiya ilə bağlı gözlənilməz qərar

© REUTERS / LEAH MILLISABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp bildirib ki, Rusiya G8-dən Barak Obamanın vaxtında kənarlaşdırılıb, çünki Vladimir Putin o vaxt ona "kələk gəlib"

BAKI, 20 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiyanın dünyanın aparıcı yeddi ölkəsinin qrupuna qayıtmasına və bu qrupun G8 formatında fəaliyyətinin bərpa edilməsinə etirazı yoxdur.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri AFP yayıb.

​"Hesab edirəm ki Rusiya (qrupda) olsa, daha yaxşı olar", - ABŞ lideri deyib.

O, əlavə edib ki, bu cür təklifi dəstəkləyərdi.

Eyni zamanda Tramp bildirib ki, Rusiya G8-dən Barak Obamanın vaxtında kənarlaşdırılıb, çünki Vladimir Putin o vaxt ona "kələk gəlib".

"Söz verdim ki, Qrenlandiyaya bunu etməyəcəm" - Tramp

Rusiya Prezidenti Vladimir Putin də fransalı həmkarı Emmanuel Makronla görüşündə "böyük yeddilik" ölkələri ilə istənilən əlaqəni faydalı adlandırıb və G8 formatının yenidən qayıdacağını istisna etməyib.

Rusiyanı yeddi aparıcı ölkənin sammitinə 2014-cü ildən bəri çağırmırlar.

Xəbər lenti
0