11:45 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Nişan üzükləri, arxiv şəkli

Ən populyar bloger evləndi

CC0 / Pixabay / rings
DÜNYA
Qısa URL
50 0 0

PewDiePie öz kanalını 2010-cu ildə açıb və bir neçə ilə YouTube-un ən populyar blogeri olub. Hazırda onun izləyicilərinin sayı 96 milyonu keçib

BAKI, 20 avqust — Sputnik. YouTube-un ən populyar blogeri PewDiePie (əsl adı Feliks Çelberq) digər bloger Marsiya Bizonyi ilə ailə qurub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə cütlük sosial şəbəkədə məlumat yayıb. 

​"Biz evləndik! Mən bundan xoşbəxt ola bilməzdim. Bu gözəl qadınla həyatımı bölüşmək imkanına görə şanslıyam", - Çelberq yazıb.

"Daily Mirror" qəzetinin yazdığına görə, toy mərasimi Londonda, Kyu botanika bağında baş tutub. 29 yaşlı bloger və 26 yaşlı sevgilisi şad günlərini qohumları və dostları ilə qeyd ediblər.

PewDiePie öz kanalını 2010-cu ildə açıb və bir neçə ilə YouTube-un ən populyar blogeri olub. Hazırda onun izləyicilərinin sayı 96 milyonu keçib.

Əsas mövzular