İtaliya hökumətində istefa

© AFP 2023 / ANDREAS SOLARO İtaliyanın baş naziri Cüzeppe Konte
 İtaliyanın baş naziri Cüzeppe Konte - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliya Konstitusiyasına görə, parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququ respublikanın Prezidenti Serco Mattarelleyə məxsusdur

BAKI, 20 avqust — Sputnik. İtaliyanın Baş Naziri Cüzeppe Konte işindən ayrılır.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, o, Senatda çıxış edərkən bildirib ki, prezidentə istefa ərizəsini təqdim edəcək. 

"Mən bugünkü bütün çıxışları diqqətlə dinləyəcəyəm, amma bu siyasi keçidi bitirmək niyyətindəyəm, iclasdan sonra birbaşa respublika prezidentinin yanına gedib istefa ərizəmi təqdim edəcəm", - Konte deyib.

"5 ulduz hərəkatı" və "Liqa" partiyasının təşkil etdiyi koalisiya avqustun 8-də dağılıb. O zaman "Liqa"nın lideri və baş naşirin müavini Matteo Salvini Konteni tərəfdaşlarıyla aralarında olan ciddi fikir ayrılıqları barədə xəıbərdar edərək növbədənkənar seçkilərin keçirilməsini tələb etmişdi.

Женщина в магазине в центре Рима - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İtaliya avroya “çao” deməyə hazırlaşır

Salvininin bu bəyanatı üçün Turinlə Lion arasında sürətli dəmiryol magistralının tikilməsi məsələsinin Senatda səsə qoyulması səbəb olub. "Liqa"nın deputatları müxalifətin ünmayəndələri ilə birlikdə nəhəng infrastruktur layihəsinin lehinə səs veriblər.

Konte yaranan siyasi böhrana görə məsuliyyəti Salvininin boynuna qoyaraq ondan italyanlara hökumətin işini dayandırmasının səbəblərini izah etməyi tələb etmişdi.

İtaliya Konstitusiyasına görə, parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququ respublikanın Prezidenti Serco Mattarelleyə məxsusdur.

Xəbər lenti
0