Oyuncaq tapança ilə avtobusu girov götürdü - həyatı bahasına

© AFP 2023 / MAURO PIMENTELBraziliyanın xüsusi təyinatlı polis qüvvələri
Braziliyanın xüsusi təyinatlı polis qüvvələri - Sputnik Azərbaycan
Abunə olmaq
Üç saat davam etmiş əməliyyatdan sonra Braziliyanın xüsusi təyinatlı polis qüvvələri cinayətkarı zərərsizləşdirə biliblər

BAKI, 20 avqust — Sputnik. Silahlı şəxs Braziliyanın Rio-de-Janeyro şəhəri yaxınlığında içərisində sərnişinlər olan avtobusu girov götürüb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "O Globo" nəşri yayıb.

İnsident Rio-Niteroy körpüsündə baş verib. Silahlı şəxs yerli vaxtla səhər saat 6-da Rio-de-Janeyro istiqamətində hərəkət edən avtobusu ələ keçirib və sürücüyə avtobusu saxlamaq əmrini verib.

"O Globo" nəşrinin verdiyi məlumata görə, üç saat davam etmiş əməliyyatdan sonra Braziliyanın xüsusi təyinatlı polis qüvvələri cinayətkarı zərərsizləşdirə biliblər. Onun snayperlər tərəfindən vurularaq öldürüldüyü bildirilir.

Polis rəsmisi isə yerli mediaya sonradan bildirib ki, avtobusu tutmuş şəxsin əlindəki tapança oyuncaq imiş.

Avtobusda girov götürülmüş sərnişinlər şəxsin depressiyadan əziyyət çəkdiyini bildiriblər. Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

Hadisənin videogörüntüləri "YouTube"da yerləşdirilib.

Xəbər lenti
0