20:14 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli

Makron Putinlə görüşdən sonra rus dilində danışdı

© Sputnik / Sergey Guneyev
DÜNYA
Qısa URL
29 0 0

"Bir çox siyasi və ya iqtisadi məsələlərdə irəliləyiş göz qabağındadır, çünki biz Fransa-Rusiya əlaqələrinin inkişafı üçün səy göstəririk"

BAKI, 20 avqust — Sputnik. Fransa Prezidenti Emmanuel Makron özünün "Facebook" səhifəsində Rusiya haqqında rus dilində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, Makron paylaşımında Rusiyanı xalis Avropa ölkəsi adlandırıb.

"Biz Lissabondan Vladivostokadək uzanan Avropaya inanırıq. Bir çox siyasi və ya iqtisadi məsələlərdə irəliləyiş göz qabağındadır, çünki biz Fransa-Rusiya əlaqələrinin inkişafı üçün səy göstəririk", - Makron yazıb.

"Əminəm ki, bu çoxtərəfli yenidənqurma zamanı Avropa İttifaqı və Rusiya arasında təhlükəsizlik və etimad arxitekturasını işləyib hazırlamaq lazım olacaq", - o qeyd edib.

Xatırladaq ki, bazar ertəsi Fransanın cənubunda yerləşən Fort Breqansonda Makronla rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar baş tutub. Danışıqların üç saatdan çox davam etdiyi bildirilir.

Bu görüşdən dərhal sonra etdiyi "Twitter" paylaşımında Fransa prezidenti Rusiyanı tam Avropa gələcəyinin gözlədiyinə əmin olduğunu deyib.

Teqlər:
Rusiya, Vladimir Putin, Emmanuel Makron

Əsas mövzular