Rusiya təyyarələrindən inanılmaz uçuş - "MiQ-31"lər kosmosun sərhədində

© Sputnik / Maksim Blinov / Mediabanka keçidИстребители МиГ-31
Истребители МиГ-31 - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimlər zamanı təyyarələrin 20 min metrdən çox hündürlükdə saatda 2500 kilometr sürətlə uçduğu bildirilir

BAKI, 19 avqust — Sputnik. Rusiyanın yüksək hündürlükdə uça bilən "MiQ-31BM" döyüş təyyarələrinin kosmosa yaxın fəzada təlim-məşq uçuşları baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, "Zvezda" telekanalı təyyarələrin uçuşlarının videogörüntülərini yayıb.

Pilotlardan birinin kabinəsindən çəkilmiş kadrlarda təyyarənin havaya qalxması, eləcə də stratosferdə uçuşunu görmək olar.

Təlimlər zamanı təyyarələrin 20 min metrdən çox hündürlükdə saatda 2500 kilometr sürətlə uçduğu bildirilir.

"MiQ-31" ikiyerli, səsdən sürətli uça bilən və böyük əməliyyat radiusu olan qırıcı təyyarədir. Bu döyüş təyyarəsi ən aşağı, aşağı, orta və yüksək hündürlüklərdə hava hədəflərinin qarşısının kəsilməsi və məhv edilməsi üçün nəzərdə tutulub.

"MiQ-31BM" isə bu təyyarənin təkmilləşdirilmiş növüdür. Təyyarə yeni idarəetmə sistemi və daha müasir radiolokatorla təchiz olunub.

Xəbər lenti
0