04:41 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Əfqanıstan polisləri, arxiv şəkli

Kabildə dəhşət: toy salonunu havaya sovurdular

© AFP 2019 / WAKIL KOHSAR
DÜNYA
Qısa URL
22 0 0

Mənbələr bildirirlər ki, partlayış qurbanlarının sayı xeyli çox ola bilər

BAKI, 17 avqust — Sputnik. Kabildə toy mərasimi zamanı "Şəhri-Dubay" salonu partladılıb.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Tolo News telekanalı yayıb. Telekanalın məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimi bildirib ki, partlayış yerli vaxtla 10:40-da törədilib.

Mənbələr və şahidlər bildiriblər ki, partlayış baş verən anda zal qonaqlarla dolu imiş.

"Şəhri-Dubay" 6-cı polis dairəsinin yaxınlığında yerləşir. Sosial şəbəkədə yayılan kadrlarda salondan xeyli aralıda olan qadınların partlayışdan qorxaraq qışqırmaları əks olunub. 

Hələ rəqəmlər açıqlanmasa da, mənbələr bildirirlər ki, partlayış qurbanlarının sayı xeyli çox ola bilər, çünki Əfqanıstanda toylara adətən 400-dən çox qonaq gəlir. 

​​Bəzi məlumatlara görə, partlayışda 38 nəfər ölüb, 134 nəfər isə yaralanıb.

Əsas mövzular