Ceyms Bondun casus avtomobili auksionda fantastik məbləğə satıldı

© Twitter / Sotheby'sCeyms Bondun 1965-ci ilə aid olan bu "Aston Martin DB5" avtomobili
Ceyms Bondun 1965-ci ilə aid olan bu Aston Martin DB5 avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobili alan şəxsin kimliyi açıqlanmır

BAKI, 18 avqust — Sputnik. Ceyms Bondun 1965-ci ilə aid olan "Aston Martin DB5" avtomobili ABŞ-ın Monterey şəhərində keçirilmiş "Sotheby's" auksionunda 6,4 milyon dollara satılıb.

Ночная трасса, фото из архива - Sputnik Azərbaycan
Yoxa çıxan maşınlar şəbəkə istifadəçilərini mat qoydu - VİDEO

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Sotheby's" auksionunun rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Dünyanın ən məşhur avtomobili – Ceyms Bondun 1965-ci ilə aid olan bu "Aston Martin DB5" avtomobili elə indicə 6,4 milyon dollara satıldı. Montereydəki "Sotheby's" auksionu "DB5" avtomobilinin satışında rekorda imza atdı", - "Sotheby's" tvitində deyib.

Qeyd edək ki, avtomobil bir neçə casus funksiyaları ilə təchiz edilib. Bunlara misal kimi qeydiyyat nişanlarını dəyişmə qurğusunu, arxa güzgünü örtə bilən siyirtmə mexanizmli güllə buraxmayan sipəri, katapultalı oturacaqları, təkər deşən və tüstü qumbaraları atan mexanizmləri göstərmək olar.

Hələ ki, avtomobili alan şəxsin kimliyi açıqlanmır. Onun casus funksiyaları ilə təchiz olunmuş avtomobilini küçələrdə sürə biləcəyi bildirilir.

Xəbər lenti
0