Kritik Putin-Makron görüşü – gündəm açıqlandı

© REUTERS / Murad SezerVladimir Putin və Emmanuel Makron
Vladimir Putin və Emmanuel Makron - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin Fransaya bir günlük səfərə gedəcək

BAKI, 17 avqust — Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron ikitərəfli görüş zamanı beynəlxalq məsələləri, Avropada təhlükəsizliyin saxlanılmasını və Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Президент РФ В. Путин, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
"Qrafikdən asılıdır": Putin şəxsən ordeni Mehriban Əliyevaya təqdim edə bilər

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Bazar ertəsi Vladimir Putin Fransaya bir günlük səfərə gedəcək.

Uşakovun sözlərinə görə, Putin üçün ən önəmli məsələ Rusiya və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsidir. Prezidentin köməkçisinin sözlərinə görə, rəsmi görüşlərlə yanaşı, Putinin Makronla təkbətək görüşü, həmçinin iki liderin birgə mətbuat konfransı keçirməsi də gözlənilir.

Fransaya gedəcək nümayəndə heyətinin tərkibində Xarici İşlər naziri Sergey Lavrov, mətbuat katibi Dmitri Peskov, Prezidentin köməkçisi Yuri Uşakov və bu ölkənin Parisdəki səfiri Aleksey Meşkov da olacaq.

Xəbər lenti
0