20:13 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
DÜNYA
Qısa URL
28 0 0

Avqustun 6-sı İran İslam Respublikasının Prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışı zamanı bəyan edib ki, İranla müharibə "bütün müharibələrin anası" ola bilər

BAKI, 16 avqust — Sputnik. "Rəsmi Tehran Vaşinqtonla yeni müqavilə imzalamaq istəyir". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Tehran Vaşinqtonla yeni müqavilə imzalamaq istəyir. Çünki sanksiyalar İran iqtisadiyyatına böyük zərbə vurur", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, avqustun 6-sı İran İslam Respublikasının Prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışı zamanı bəyan edib ki, İranla müharibə "bütün müharibələrin anası" ola bilər.

"İranla sülh – istənilən sülhün anasıdır, yenə təkrar edirəm, İranla müharibə bütün müharibələrin anasıdır. Sülhün qarşılığında sülh", - deyə Ruhani qeyd edib.

O, həmçinin əlavə edib ki, əgər Birləşmiş Ştatlar İranla danışıqlar istəyirsə, onda öncə İran İslam Respublikası əleyhinə sanksiyalar ləğv olunmalıdır.

Əsas mövzular