15:18 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Ermənistan baş naziri Nikol Paşinyan

Nikol Paşinyanın ətrafında zəlzələ xarakterli olaylar baş verir

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
287 0 0

Vəzifədən çıxarılan müşavirlərdən biri 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə nümayəndə heyətinə daxil olub

BAKI, 16 avqust — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan iki müşavirini – Arsen Qasparyan (dərhal) və Aram Qəribyanı (sentyabrın 2-dən) işdən çıxardıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında yerləşdirilib.

Adı çəkilən hər iki şəxs Paşinyanın baş müşavirləri olub.

Arsen Qasparyan uzun müddət Ermənistan Xarici İşlər Nazirliyində Yaxın Şərq regionu üzrə işləyib. O, 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə nümayəndə heyətinə daxil olub. 2006-2018-ci illərdə Mayamidə kollecdə və universitetdə dərs deyib.

Aram Qəribyan isə əvvəlki hökumətdə işləyib. O, 2008-2011-ci illərdə baş nazir Tiqran Sarkisyanın baş müşaviri, daha sonra isə hakimiyyət dəyişənə qədər Serj Sarksyanın müşaviri olub.

Sputnik Ermənistan bu şəxslərin son dövrlərdə iqtisadi məsələlərə cavabdeh olduqlarını yazıb. Onların niyə işdən çıxarıldıqları barədə fərziyyə belə yoxdur. 

Bundan əlavə Paşinyanın köməkçisi Mqer Saakyan da istefaya göndərilib.

Əsas mövzular