15:19 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Şərq-Qərb avtomagistralının tikintisi

Gürcüstan üzərindən Türkiyəyə gedənlərə şad xəbər

© Sputnik / Alexander Imedashvili
DÜNYA
Qısa URL
269 0 0

Karseladze bildirib ki, Gürcüstanda "Şərq-Qərb" avtomagistralı Qırmızı körpüdən başlayır və Sarpiyədək davam edir

BAKI, 15 avqust — Sputnik. Gürcüstan üzərindən Türkiyəyə getmək artıq asan olacaq.

Sputnik Gürcüstan-ın verdiyi xəbərə görə, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini və avtomobil yolları departamentinin sədri İrakli Karseladze bildirib ki, "Şərq-Qərb" avtomagistralının tikintisinin başa çatmasından sonra Azərbaycanla sərhəddə yerləşən Qırmızı körpüdən Türkiyə sərhədi yaxınlığında yerləşən Sarpiyədək səyahət vaxtı iki dəfə qısalacaq.

"Şərq-Qərb" avtomagistralı ("E-60" Avrasiya tranzit yolu) Avropada ikinci ən uzun tranzit dəhlizi hesab olunur. Bu avtomagistral Fransanın Brest liman şəhərindən Qırğızıstanın İrkeştam sərhəd keçidində qədər uzanır.

Karseladze bildirib ki, Gürcüstanda "Şərq-Qərb" avtomagistralı Qırmızı körpüdən başlayır və Sarpiyədək davam edir. Onun sözlərinə görə, avtomagistralın uzunluğu 430 kilometr olacaq.

"Bunun 200 kilometri artıq tikilib. Hazırkı 460 kilometrlik məsafə (avtomagistralın tikilməsindən sonra - red.) 30 kilometr qısalacaq və əgər bu gün (Qırmızı körpüdən Sarpiyə çatmaq üçün – red.) 8 saat tələb olunursa, sonradan iki dəfə tez bir vaxta, 4-4,5 saata tamamilə təhlükəsiz yol nəqliyyatı şəraitində çatmaq mümkün olacaq", - o deyib.

Əsas mövzular