15:21 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
New York Birjasında (NYSE) treyder

Pekinlə müharibə Vaşinqtona çox böyük ziyan vuracaq - Ekspert

REUTERS / Eduardo Munoz
DÜNYA
Qısa URL
54 0 0

Uhan Universitetindən Quan Tao isə vurğulayıb ki, əlavə gömrük rüsumlarının tətbiqi ilk növbədə ABŞ istehsalçılarının maraqlarına, həmçinin ABŞ-ın beynəlxalq reputasiyasına təsir edəcək

BAKI, 15 avqust — Sputnik. ABŞ-ın Çindən idxal olunan mallara yeni gömrük rüsumlarının tətbiqi Birləşmiş Ştatların öz iqtisadiyyatına mənfi təsir edəcək və onun iqtisadiyyatının artımını 0,06 bənd azalda bilər. Sputnik Azərbaycan "China Daily"-yə istinadən xəbər verir ki, bunu Çinin İctimai Elmlər Akademiyası yanında Hesab və Texniki İnstitutunun əməkdaşı Lou Fen bildirib.

"Bizim İnstitutun komandasının qiymətləndirilməsinə əsasən, Çindən idxal olunan mallara gömrük rüsumlarının 10% artırılması iqtisadiyyatın artımını 0,06 bənd azalda, istehlak qiymətlərinin indeksinin 0,16 bənd artması və sosial təminatın 8,2 milyard dollar azalması ilə nəticələnəcək", - deyə Fen bildirib.

Digər iqtisadçı – Uhan Universitetindən Quan Tao isə vurğulayıb ki, əlavə gömrük rüsumlarının tətbiqi ilk növbədə ABŞ istehsalçılarının maraqlarına, həmçinin ABŞ-ın beynəlxalq reputasiyasına təsir edəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ildə 300 milyard dollar dəyərində Çindən idxal edilən mala 10 faiz gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Tramp ABŞ-ın nümayəndə heyətinin "gələcək ticarət əməliyyatı ilə əlaqədar konstruktiv danışıqlar apardıqları Çindən yeni qayıtdıqlarını" söyləyib.

"Üç ay əvvəl Çinlə sövdələşdiyimizi düşünürdük, amma təəssüf ki, Çin sazişi imzalamadan əvvəl yenidən nəzərdən keçirmək qərarına gəldi. Danışıqların bir hissəsi olaraq ABŞ sentyabrın 1-dən Çindən 300 milyard dollar dəyərində digər mallara isə 10 faiz əlavə rüsum tətbiq etməyə başlayacaq" - deyə Amerika lideri öz "Twitter" səhifəsində yazmışdı.

Əsas mövzular