Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Zelenski haqda nə düşünür? - Peskov açıqladı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidЕжегодная большая пресс-конференция президента РФ В. Путина
Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Putin üçün əsas olan danışığın özü deyil

BAKI, 13 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukraynalı həmkarı Vladimir Zelenskiyə müsbət yanaşır, ancaq onun üçün əsas olan söhbətlər deyil, əldə olunan razılaşmaların yerinə yetirilməsidir.

Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski Ərdoğanla görüş öncəsi Putinə zəng etdi

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"İki dövlətin başçılarının ünsiyyəti özlüyündə, şübhəsiz ki, pozitiv, müsbət qiymətləndirilməlidir. Çünki Putin həmişə cari vacib məsələlərin, xüsusilə də Rusiya-Ukrayna münasibətləri kimi qəliz situasiyaların həllində dialoq tərəfdarıdır", Peskov bildirib.

Mətbuat katibi eyni zamanda vurğulayıb ki, bununla yanaşı, Putin çox praqmatik müsahibdir, onun üçün əsas olan danışığın özü deyil, əvvəllər və hər bir danışıq vaxtı əldə olunan razılaşmaların reallaşdırılmasıdır.

Xəbər lenti
0