Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Doqquz qadın məşhur müğənniyə qarşı - bizə təcavüz edib

© © Предоставлено организаторами концерта Пласидо Доминго в МосквеПласидо Доминго
Пласидо Доминго - Sputnik Azərbaycan
Abunə olmaq
Səkkiz müğənni və bir rəqqasə 80-ci illərdən bəri Plasido Dominqonun cinsi təhriklərinə məruz qaldıqlarını deyib

BAKI, 13 avqust — Sputnik. Bir neçə qadın İspaniyanın məşhur opera müğənnisi Plasido Dominqonu cinsi təcavüzdə ittiham edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Associated Press yayıb.

Afaq Abbasova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Afaq Abbasova: "Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı"

Agentliyin məlumatına görə, Dominqo qadınlara müəyyən rolları əldə etmək üçün onunla intim münasibətdə olmağı təklif edir, "onlar imtina etdikdə isə peşəkar sahədə cəzalandırırmış".

Səkkiz müğənni və bir rəqqasə 80-ci illərdən bəri Plasido Dominqonun cinsi təhriklərinə məruz qaldıqlarını deyib. Qadınlardan səkkizi anonim qalmağı xahiş edib və bunu  hələ də mədəniyyət sahəsində çalışmaları və ictimaiyyətin mümkün neqativ reaksiyasından narahat olacaqları ilə izah edib. Müğənni Patrisiya Vulf isə adını açıqlamağa icazə verib.

Bundan başqa, agentliyin məlumatına görə, daha "yarım düjün" qadın Dominqonun onlara ədəbsiz təkliflər etdiyini və buna görə utandıqlarını yazır.

Associated Press Dominqonun adına yaraşmayan tərzdə davranışlarını, seksual təhriklərini müşahidə etdiklərini bildirən teatrda işləyən təxminən 30 nəfər müğənni, musiqiçi, rəqqas və digər əməkdaşlarla müsahibə aparıb.

Dominqo isə bütün ittihamları rədd edib: "Adı çəkilməyən şəxslərin kökü 30 il bundan əvvələ dayanan bu ittihamları dərin narahatlıq doğurur və doğru deyil".

"Ən yaxşı niyyətlərimə rəğmən, nə vaxt baş verməyindən asılı olmayraq, kimisə incitdiyimi, yaxud özünü narahat hiss etməyinə səbəb olmağımı eşitmək çox ağırdır. Mən əminəm ki, mənim bütün qarşılıqlı hərəkətlərim və münasibətlərim həmişə xoş qarşılanıb və qarşılıqlı razılıq əsasında olub. Məni tanıyanlar, mənimlə işləyənlər bilirlər ki, kimisə qəsdən incidən, zərər verən, yaxud utandıran birisi deyiləm", - müğənni əlavə edib. 

"Eyni zamanda, anlayıram ki, bizim bu gün qiymətləndirildiyimiz və qiymətləndirilməli olduğumuz standart və qaydalar əvvəlkilərdən fərqlənir. Mənim üçün 50 illik opera keryerası böyük şərəfdir və mən özümü ən yüksək standartlarla mühakimə edəcəyəm", - Dominqo yekunlaşdırıb.

Agentlik öz növbəsində bildirib ki, heç bir qadın sözlərinə sübut-dəlil göstərə bilməyib. Araşdırma yalnız şifahi ifadələrə əsaslanır.

Xəbər lenti
0