Yerevanda güclü yanğın olub - VİDEO

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Səkkiz briqada 3 saat yanğını söndürməyə çalışıb

BAKI, 11 avqust — Sputnik. Yerevanın Nork inzibati rayonunda, mehmanxana komplekslərinin yaxınlığında güclü yanğın olub.

Sputnik Ermənistan xəbər verir ki, yanğın yaşıllıq sahəni əhatə edib. Ermənistan FHN-ə məlumat yerli vaxtla 13:43-də verilib.

Hadisə yerinə 4 briqada, eləcə də Böhran Vəziyyətləri İdarəetmə Mərkəzinin operativ əməliyyat  qrupları gedib. Yanğın daha da gücləndiyində 14:55-də daha 4 briqada, eləcə də meriyanın su maşını gedib. Alovu 16:33-də lokallaşdıra biliblər.

Ermənistan FHN-in başçısı Feliks Tsolakyan da yanğın baş verən əraziyə gəlib.

Xəbər lenti
0