Sanksiyalarla üzləşən İran büdcə ilə bağlı vacib qərar verdi

© AFP 2023 / ALI AL-SAADIİran rialı, arxiv şəkli
İran rialı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İlk dəfədir ki, biz ölkənin büdcə strukturunun islahatı yolunda vacib addım atdıq"

BAKI, 11 avqust — Sputnik. İranın Planlaşdırma və Büdcə təşkilatının rəhbəri Bakir Noubaxt bəyan edib ki, büdcədə aparılan yeni islahatlar ölkənin neft satışından gələn gəlirlərdən asılılığının tamamilə aradan qaldırılmasına yönəlib.

Американские истребители F-15E Strike Eagles, фото из архива - Sputnik Azərbaycan
ABŞ İrana zərbə endirməyə hazırlaşır: Amerika KİV-ləri işarə verir

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

"Sanksiyalarla bağlı çətin dövrü nəzərə alsaq, biz büdcə resurslarının böyük qismini xərcləyəcəyik. Buna görə də gələn ilin büdcə strukturunda aparılacaq islahatların neft gəlirlərindən asılılığı sıfıra endirəcəyindən əmin olmaq lazımdır", - deyə 2020-ci il martın 20-də başlanacaq yeni maliyyə ilinin büdcə strukturunun təşkili məqsədilə keçirilən ilk iclasda Noubaxt bildirib.

O, həmçinin deyib ki, hətta adi halda da, yəni İrana qarşı sanksiyalar olmasaydı belə, neft gəlirlərindən asılılığı azaltmaq mühümdür.

"İlk dəfədir ki, biz ölkənin büdcə strukturunun islahatı yolunda vacib addım atdıq", - Nobaxt əlavə edib.

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani ölkənin neftdən az asılı olduğu təqdirdə ABŞ-ın sanksiyalarının təsirinin əhəmiyyətli olmayacağını bildirmişdi. Onun sözlərinə görə, İranın düzgün qurulmuş iqtisadi strukturu hökumətə büdcəni neft gəlirlərini nəzərə almadan tərtib etməyə imkan verərdi.

Xəbər lenti
0