06:33 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Donald Tramp

"Kimdən danışırsınız?" - Tramp Zelenskinin kim olduğunu unutdu

© REUTERS / Lucas Jackson
DÜNYA
Qısa URL
1032 0 0

ABŞ Prezidenti ukraynalı həmkarını "dərrakəli oğlan" adlandırıb

BAKI, 10 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskinin kim olduğunu unudub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Trampın jurnalistlərlə keçirilmiş ayaqüstü brifinqi zamanı maraqlı hadisə baş verib.

Jurnalistlərdən biri amerikan liderindən Zelenskini Ağ Evə dəvət etmək planının olub-olmadığı haqqında soruşub.

Cavab olaraq isə Tramp deyib: "Bağışlayın, siz kim haqqında danışırsınız?".

Jurnalistin Ukrayna prezidentini nəzərdə tutduğunu bildirməsindən sonra Tramp Zelenski ilə görüşü səbirsizliklə gözlədiyini deyib və onu "dərrakəli oğlan" adlandırıb.

Lakin internetdə yayılmış videodan aydın deyil ki, Tramp ukraynalı həmkarının kim olduğunu yaddan çıxarıb və ya sualı birinci dəfədən eşidə bilməyib.

Əsas mövzular