12:24 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Odlu silah, arxiv şəkli

Atambayevin evindən xeyli yaralı çıxarıblar, bir xüsusi təyinatlı ölüb- video

© Sputnik / Vitaly Timkiv
DÜNYA
Qısa URL
57 0 0

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov artıq Bişkekə gəlib

Bakı, 8 avqust - Sputnik. Yerli vaxtla 00:55-dək olan məlumata görə, tibbi yardım müəssisələrinə 36 yaralı çatdırılıb. 

Sputnik Qırğızıstan bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Avqustun 7-də axşamçağı güc strukturları Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşdakı iqamətgahında xüsusi əməliyyat keçirərək onu həbs etməyə çalışıblar. 

Milislə Atambayevin tərəfdarları arasında qarşıdurma başlayıb. 

Yaralananların 15 nəfəri güc strukturlarının əməkdaşlarıdır. Onlara odlu silah yaralanması, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi kimi müxtəlif diaqnozlar qoyulub. Xüsusi təyinatlılardan biri isə həlak olub

RİA-Novosti bildirir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov artıq Bişkekə gəlib. O, avqustun 8-də, səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Əlaqədar

Keçmiş prezidenti xüsusi əməliyyatla həbs etdilər - Video
Eks-prezidentin iqamətgahına hücum: atışma, yanğın, təslim - Video
Teqlər:
xəsarət, ölüm, xüsusi təyinatlılar, həbs, hücum, Qırğızıstan, sabiq prezident

Əsas mövzular