06:57 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
50 0 0

İstifadəçilərin icazəsi olmadan onların məlumatları "etibarlı tərəfdaşlara" göndərilib

BAKI, 7 avqust — Sputnik. "Twitter" şirkəti reklamların personalizasiyası üçün icazə olmadan istifadəçilərin şəxsi məlumatlarından istifadə edildiyi ehtimalını səsləndirib.

Sputnik Azərbaycan şirkətə istinadən xəbər verir ki, bu, sosial şəbəkədə baş vermiş problemlərlə bağlı olub.

Şirkət 2018-ci ilin mayından etibarən mobil proqramda reklamlara keçid etmiş və ya baxmış istifadəçilərin bəzi məlumatlarının (məsələn, ölkə kodu, mobil proqramdan istifadə etmə vaxtları, proqram haqqında məlumatlar və s.) onların icazəsi olmadan "etibarlı tərəfdaşlara" göndərilməsi ehtimalının olduğunu bildirib.

"Twitter" bu problemləri avqustun 5-də həll etdiyini deyib.

"Biz bilirik ki, siz (bu problemdən – red.) zərər çəkənlərin sayını və şəxsən onların sırasında olub-olmadığınızı öyrənmək istəyəcəksiniz. Biz hələ ki, bunun kimə ziyan vurduğunu aydınlaşdırmaq üçün təhqiqat aparırıq", - şirkət deyib.

Teqlər:
şəxsi məlumatlar, Twitter

Əsas mövzular