09:48 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
10010

Polşanın hazırda sovet dövründən qalmış 30 ədəd "MiQ-29" və 32 ədəd "Su-22" təyyarəsi, eləcə də 48 ədəd ABŞ istehsalı olan "F-16" təyyarəsi var

BAKI, 7 avqust — Sputnik. Polşa ordusu, çox güman ki, "MiQ-29" qırıcılarının istifadəsindən imtina edəcək və döyüş təyyarələrinin qıtlığı ilə üzləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Dziennik Gazeta Prawna" nəşrinin ekspertləri bildirib.

Истребитель МиГ-29
© Sputnik / Vladimir Astapkovich

Rəsmi məlumatlara görə, Polşa Silahlı Qüvvələrinin hazırda sovet dövründən qalmış 30 ədəd "MiQ-29" və 32 ədəd "Su-22" təyyarəsi, eləcə də 48 ədəd ABŞ istehsalı olan "F-16" təyyarəsi var.

Polşa bu il martın 4-də "MiQ-29" təyyarələrindən istifadəni dayandırıb. Səbəb kimi bu təyyarələrin qəzaya uğraması olub. Həmin vaxt təyyarənin pilotu özünü xilas edə bilib. Lakin keçən il baş vermiş başqa bir qəzada pilot həlak olub.

Qəzet məlumatına əsasən, artıq beş aydır uçmayan "MiQ-29" döyüş təyyarələrinin Polşa ordusunda xidmətə bir də qayıtmaması baş verə bilər.

Qəzetin ekspertləri Polşa ordusunun "MiQ-29" təyyarələrindən imtina etmək ehtimalının 90 faiz olduğunu bildiriblər.

Teqlər:
döyüş təyyarəsi, qəza, təyyarə

Əsas mövzular