İlon Mask Britaniya kraliçasını ələ saldı

© AFP 2023 / Drew Angererİlon Mask
İlon Mask - Sputnik Azərbaycan
Abunə olmaq
Bu İlon Maskın marağa səbəb olmuş ilk belə addımı deyil

BAKI, 6 avqust — Sputnik. "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask Britaniya kraliçası II Elizabeti uşaqlar üçün nəzərdə tutulmuş "Telepuziklər" (Teletubbies) teleşousunun personajlarına bənzədib.

Sputnik Azərbaycan xəbər verir ki, Mask "Twitter" səhifəsində əvvəl sözügedən teleşoudan bir kadrın fotoşəklini sonra isə şərhlər bölməsində II Elizabetin şəkillərindən hazırlanmış kollajı yerləşdirib. Bununla o, kraliçanın geyindiyi rəngbərəng libasları ilə "telepuzik"lərə oxşadığına eyham vurub.

Bu İlon Maskın marağa səbəb olmuş ilk belə addımı deyil. Apreldə Mask "Twitter" istifadəçiləri ilə rus dilində danışmağa başlayıb. Milyarder həmçinin rus atalar sözlərindən və zərbi-məsəllərindən istifadə edib.

Xəbər lenti
0