CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya nəhəngi boykotla üzləşə bilər - homoseksualizmin təbliğatına görə

© AFP 2023 / YURI CORTEZ "Coca-Cola"
 Coca-Cola - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasətçi: "Təxribatçı plakatlarını yığışdırmasalar, onların məhsullarından istifadə etməyəcəm"

BAKI, 6 avqust — Sputnik. Macarıstanın "FİDES – Macarıstan Vətəndaş Birliyi" konservativ partiyasının üzvü İştvan Boldoq "Coca-Cola" şirkətinin məhsullarını boykot etməyə çağırıb.

Sputnik Azərbaycan siyasətçinin "Facebook" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, bunun səbəbi şirkətin yeni reklamında bircinsli cütlüklərin təsvir edilməsi olub.

"Mən "Coca-Cola" şirkətinin reklam kampaniyasına qarşı çıxıram. Macarıstandan təxribatçı plakatlarını yığışdırmasalar, mən onların məhsullarından istifadə etməyəcəm", - Boldoq paylaşımında deyib.

Qeyd edək ki, "Sziget" musiqi festivalından əvvəl bütün ölkə ərazisində üzərində "Sevgi elə sevgidir" və "Şəkərə yox, qınağa yox" çağırışları yazılmış plakatlar yerləşdirilib.

Bu plakatların yığışdırılmasını və "uşaqları, ailəni və ümumilikdə cəmiyyəti hədəfə almış homoseksualist lobbisinin tez bir vaxtda cilovlanmasını" tələb edən onlayn petisiya açılıb. Petisiyaya artıq 27 min insan imza atıb.

Xəbər lenti
0