Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Azərbaycanın da iştirak edəcəyi Birinci Xəzər İqtisadi Forumundan danışdı

© AFP 2023 / Yuri KADOBNOVSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə Rusiya nümayəndə heyətinə ölkənin baş naziri Dmitri Medvedev başçılıq edəcək

BAKI, 5 avqust — Sputnik. Rusiya Birinci Xəzər İqtisadi Forumuna böyük əhəmiyyət verir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiyanın Ermənistandakı sabiq səfiri İvan Volınkin - Sputnik Azərbaycan
Rusiyanın Ermənistandakı sabiq səfiri Lavrova müavin gedir

Qeyd edək ki, avqustun 11-12-də Türkmənistanın "Avaza" turizm zonasında keçiriləcək forumda Azərbaycan da iştirak edəcək.

Lavrov deyib ki, Birinci Xəzər İqtisadi Forumu "ticarət, sərmayə və turizm kimi sahələrdə əməkdaşlığa əlavə impuls verərək, Xəzərin dünyada ən böyük nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilməsinə yardım edəcək".

O, həmçinin bildirib ki, tədbirdə Rusiya nümayəndə heyətinə ölkənin baş naziri Dmitri Medvedev başçılıq edəcək.

Xəbər lenti
0