Hava limanında plastik qablarda su satışı qadağan olundu

© AFP 2023 / JOEL SAGET Plastik su qabı
Plastik su qabı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ayın 20-dən qüvvəyə minəcək qərarla 2021-ci ilədək böyük nailiyyətlərin əldə olunması hədəflənib

BAKI, 4 avqust — Sputnik. ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhali sayına görə ştatda dördüncü ən böyük şəhər olan San-Fransisko hava limanında plastik qablarda suların satışı qadağan olunub.

“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır  - Sputnik Azərbaycan
VİDEO
“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır
 Sputnik Azərbaycan-ın "The Guardian" onlayn dərgisinə istinadən xəbərinə görə, hava limanı ətrafında olan mağaza, kafe, restoran və digər iaşə obyektlərində plastik qablarda olan suların satışı qadağan edilib.

Bu qərarla yalnız şüşə qablarda suların satışına icazə verilir.

Artıq qüvvəyə minən həmin qərarın verilməsində məqsəd ətraf mühitin qorunmasıdır. Ölkəyə daxil olan və ölkəni tərk edən şəxslərə qoyulan bu qadağa ilə məqsəd belə plastik qablardan istifadəni sıfıra endirməkdir. Bu ayın 20-dən qüvvəyə minəcək qərarla 2021-ci ilədək böyük nailiyyətlərin əldə olunması hədəflənib.

Xəbər lenti
0