Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu da son: ABŞ və Rusiya dünya üçün əhəmiyyətli sazişi dayandırdı

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidТранспортно-заряжающая машина комплекса "Искандер-К" , фото из архива
Транспортно-заряжающая машина комплекса Искандер-К , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik bildirib ki, müqavilənin dayandırılması Vaşinqtonun təşəbbüsü əsasında baş verib

BAKI, 2 avqust — Sputnik. Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindən deyiblər.

Nazirlik bildirib ki, müqavilənin dayandırılması Vaşinqtonun təşəbbüsü əsasında baş verib.

Qeyd edək ki, ABŞ bu gün sazişdən çıxdığını rəsmən bəyan edib. Bununla bağlı verdiyi şərhdə dövlət katibi Mayk Pompeo Vaşinqtonun "Rusiya tərəfindən qəsdən pozulan" sazişdə iştirak etməyəcəyini bildirib.

Sözügedən saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sazişə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməlidir.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib.

ABŞ-ın hərəkətlərinə cavab olaraq, 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandıracağını bəyan edib.

Xəbər lenti
0