12:33 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
24 0 0

"Düşünürəm ki, Rusiya ilə silahlara nəzarətə dair razılaşmanı imzalayacağıq"

BAKI, 31 iyul — Sputnik. Vaşinqton Moskva ilə silahlara nəzarətə dair razılaşmanı imzalamağa ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "C-Span" telekanalına verdiyi müsahibəsində bəyan edib. 

"Düşünürəm ki, Rusiya ilə silahlara nəzarətə dair razılaşmanı imzalayacağıq", - Tramp deyib.

Qüsurlu sistem

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton isə 2021-ci ildə qüvvədən düşəcək strateji hücum silahlarının azaldılmasına dair müqavilənin müddətinin ("SHS-3") uzadılacağını şübhə altına alıb.

"Müqaviləmiz var deyəcəyik deyə qüsurlu bir sistemin müddətini uzatmaq nəyə lazımdır?" – Bolton deyib.

O təsdiqləyib ki, ABŞ bu sahədə yeni saziş imzalamaq və sazişdə Rusiya ilə yanaşı, Çinin də iştirak etməsini istəyir.

"SHS-3"

"SHS-3" adı ilə tanınmış strateji hücum silahlarının azaldılmasına dair müqavilə 2010-cu ildə Rusiya və ABŞ tərəfindən imzalanıb. Saziş hər iki tərəfdən strateji silah daşıyıcılarının sayının 700-dək və nüvə döyüş başlıqlarının sayının 1550-dək azaldılmasını tələb edir.

ABŞ hələ ki sənədin qüvvədə olma müddətini uzatmaq istəyib-istəmədiyini rəsmi olaraq bildirməyib.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində deyib ki, "əgər heç kəs bunu istəməsə", Moskva "SHS-3" üzrə müqavilənin müddətini uzatmayacaq.

Əlaqədar

Putin SSRİ-nin daha bir mirasına sahib çıxmaqdan imtina etdi
Teqlər:
saziş, silah, Rusiya, ABŞ

Əsas mövzular