"S-400"lər NATO üçün təhdid deyil – Çavuşoğlu

© AP Photo / Turkish Defence MinistryВоенные машины и оборудование, части систем ПВО С-400 на гудронированном шоссе после выгрузки с российского транспортного самолета в военном аэропорту Муртед в Анкаре, Турция
Военные машины и оборудование, части систем ПВО С-400 на гудронированном шоссе после выгрузки с российского транспортного самолета в военном аэропорту Муртед в Анкаре, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
"S-400"in alışı Türkiyə - NATO münasibətlərindən daha çox Türkiyə - ABŞ münasibətlərinə aid bir məsələdir”

BAKI, 30 iyul — Sputnik. "S-400"lər NATO üçün heç bir problem təşkil etmir. Türkiyə bir çox sahələrdə NATO-nun fəaliyyətinə dəstək verir". Sputnik Türkiyə xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Banqkokda keçirilən toplantısı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra mətbuat konfransında bildirib.

Катер Корпуса стражей исламской революции рядом с танкером Stena Impero - Sputnik Azərbaycan
"Tanker müharibəsi": London ABŞ və NATO-dan gözlədiyini ala bilmədi

"NATO ilə heç bir problemimiz yoxdur. Baş katib və onun müavininin "S-400"lərlə bağlı açıqlamalarından da göründüyü kimi "S-400"lər NATO-ya heç bir təhdid təşkil etmir. Türkiyə bir çox sahələrdə NATO-nun fəaliyyətinə dəstək verir. Bu məsələ heç bir NATO toplantısında gündəmə gətirilməyib", - deyə Çavuşoğlu "S-400"lərin alınmasından sonra NATO ilə münasibətlərdə problemin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, "S-400"in alışı Türkiyə-NATO münasibətlərindən daha çox Türkiyə-ABŞ münasibətlərinə aid bir məsələdir.

Xatırladaq ki, iyulun 25-i Türkiyənin Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükünün birinci mərhələsi başa çatıb.

Qeyd olunur ki, "S-400"lərin ilk partiyasının tədarükü Ankarada yerləşən Mürtəd bazasına həyata keçirilib.

Məlumata əsasən, ümumilikdə tədarük çərçivəsində 30 təyyarə reysi reallaşıb.

Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

S-400 havadan müdafiə sistemi - Sputnik Azərbaycan
Ərdoğan: NATO sevinməlidir ki, "S-400"ləri almışıq

Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Xəbər lenti
0