İtaliyada iki vulkan aktivləşib: xəbərdarlıq edildi

© REUTERS / ANTONIO PARRINELLOİtaliyada püskürən vulkan
İtaliyada püskürən vulkan - Sputnik Azərbaycan
Abunə olmaq
Kül püskürməsi, partlayışlar və lava axını yaranıb

BAKI, 29 iyul — Sputnik. İtaliyanın Siciliya və Stromboli adalarında yerləşən vulkanlar aktivləşib.

Sputnik Azərbaycan "Express" nəşrinə istinadən xəbər verir ki, Siciliyada yerləşən Etna vulkanı, eləcə də Stromboli adasında yerləşən eyniadlı vulkan aktivləşərək səmaya vulkan külü və lava püskürüb.

Etnanın "Yeni Cənub-Şərqi Krater"ində partlayış aktivliyinin artdığı bildirilir. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu isə bildirib ki, Etnanın "Yeni Cənub-Şərqi Krater"inin cənub cinahının ətəyindən qaz çıxması halları intensivləşib. Bu o deməkdir ki, kraterdə yeni çat əmələ gəlib. Nəticədə kül püskürməsi, partlayışlar və lava axını yaranıb.

Dünən Stromboli vulkanının da aktivliyi artıb və ətrafda yanğınlara səbəb olub. Yanğınların 100 metrə yaxın ərazidə yayıldığı bildirilir. Yanğınsöndürənlər hələ də yanğınların qarşısını ala bilməyiblər.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Etna vulkanının aktivliyi ilə bağlı Rusiya vətəndaşlarını xəbərdar edib.

"Siciliya adasında Etna vulkanının yüksək aktivliyi müşahidə olunur, "sarı" təhlükəsizlik səviyyəsi elan edilib, nəqliyyatın hərəkətində və hava limanlarının işində məhdudiyyətlər müşahidə oluna bilər", - Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzi "Twitter" səhifəsində yerləşdirdiyi paylaşımda deyib.

Xəbər lenti
0