17:19 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Zelenski

Petisiya açıldı – Zelenski Rusiyaya təyyarə göndərməlidir

© REUTERS / VALENTYN OGIRENKO
DÜNYA
Qısa URL
55 0 0

Hava əlaqəsinə dair qərara yenidən baxmaq üçün petisiyanı 25 min insan dəstəkləməlidir

BAKI, 27 iyul — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin saytında Rusiya ilə hava əlaqəsinin bərpasını tələb edən petisiya yerləşdirilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, petisiya iyulun 25-də qeydə alınıb və artıq iyulun 27-ə 70-dən çox səs toplaya bilib.

Задержанное СБУ российское судно в порту Измаила, Украина. 25 июля 2019
© State Border Guard Service of Ukraine/Handout via REUTERS

"Hava əlaqəsinin ləğv edilməsi səbəbindən əsasən ailələri ilə görüşə bilməyən ukraynalılar əziyyət çəkirlər" – deyə petisiyanın yaradıcısı Viktoriya Temçenko deyib.

Ukrayna prezidentinin hava əlaqəsinə dair qərara yenidən baxması üçün petisiyanı üç ay ərzində 25 min insan dəstəkləməlidir.

2015-ci ilin oktyabrından etibarən Rusiya və Ukrayna arasında birbaşa hava əlaqəsi dayandırılıb. Bundan başqa, Ukrayna öz hava məkanının Rusiya aviaşirkətləri tərəfindən tranzit uçuşlar üçün istifadəsinə qadağa qoyub. Rəsmi Kiyev bu addımı Moskvanın "aqressiv hərəkət"lərinə cavab olaraq milli təhlükəsizliyini təmin etmək məqsədilə atdığını bildirib.

Apreldə Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi ("Rosaviasiya") Kiyevə müntəzəm və çarter reyslərini bərpa etmək təklifini verib. "Rosaviasiya" bunun sərnişinlərin maraqlarına cavab verdiyini bildirib.

Əsas mövzular