Dünyanın o başında yer silkələndi, ölənlər var

Abunə olmaq
Zəlzələ zamanı çox sayda binanın zərər gördüyü qeyd edilir

BAKI, 27 iyul — Sputnik. Filippin ərazisində güclü zəlzələ olub. Vulkan və Zəlzələ Elmləri İnstitutundan verilən məlumata görə, ölkənin şimalında Batanses əyalətində yerli vaxtla 04:16-da 5,4 və saat 07:00-da 5,9 bal gücündə zəlzələ olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, zəlzələlər zamanı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb. Titrəyişlər nəticəsində çox sayda binanın zərər gördüyü qeyd edilir. Zəlzələdən sonra sunami olacağı barədə məlumat verilməyib.

Xəbər lenti
0