13:23 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
121 0 0

Yeni funksiyalardan biri həm sizin vaxtınıza, həm də telefonun yaddaşına qənaət etməyə imkan yaradacaq

BAKI, 26 iyul — Sputnik. Mütəxəssislər iOS platformasında WhatsApp əlavəsində bir sıra yeni funksiyaları test edirlər. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə WABetaInfo portalı xəbər yayıb.

Yeniliklər mesencerin 2.19.80.16 beta-versiyasında işə salınır və rəsmi yenilənməyə daxil ediləcək. 

Çatlarda mesajların alınmasında problemlərin olduğu barədə xəbərdarlıqlar yayılacaq. Bildirişlərdə nasazlıqların aradan qaldırılması üçün əlavəni yeniləmək tövsiyə olunacaq.

Bundan əlavə, WhatsApp alınan və ya göndərilən multimedia fayllarının sürətl redaktəsi funksiyasını da test edir. Bu funksiya həm  iOS, həm də Android platformalarında işləyəcək. Bu yeniliyin sayəsində  mesencerdən çıxmadan təsvirlərə dəyişiklik etmək mümkün olacaq. Bu, telefonun yaddaşına qənaət etməyə imkan yaradacaq, yəni telefonda izafi mediafayl saxlamağa gərək qalmayacaq. Eyni zamanda, dəyişdirilmiş şəkillər ilkin fotoları əvəz etməyəcək.

WhatsApp komandası push-bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi variantını da reallaşdırmaq istəyindədir. Ancaq bu funksiyanın nə vaxt işə salınacağı sual altındadır.

Portalın yazdığına görə, ola bilsin, sonralar mesencer smartfondan asılı olmayaraq bir neçə cihazda işləsin. Amma bu zaman istifadəçinin bir qeydiyyat hesabından istifadə olunacaq.

Teqlər:
yeni funksiya, funksiya, proqram, sosial şəbəkə, WhatsApp

Əsas mövzular