Türkiyə və Rusiyanın meqa layihəsi işə düşür

© Photo : © "Turkish Stream" Project"Türk axını"
Türk axını - Sputnik Azərbaycan
Abunə olmaq
"Sonuncu qaynaq" qaz kəmərinin dəniz və sahil seksiyasını birləşdirəcək

BAKI, 26 iyul — Sputnik. "Türk axını" layihəsinin birinci xəttinin 2020-ci ilin yanvarın birində işə salınması gözlənilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak bildirib.

Nazir vurğulayıb ki, layihənin ikinci xəttinin işə salınması müddəti Avropa ölkələrində qaz nəqli üçün müvafiq infrastrukturun reallaşdırılmasından asılı olacaq.

Şimal axını-2 qaz kəməri üçün boru istehsalı - Sputnik Azərbaycan
Avropadan Türkiyə ilə Rusiyaya zərbə

Xatırladaq ki, bu ilin martın 19-da Türkiyədə "Türk axını" layihəsinin dəniz və yeraltı hissəsi birləşdirilib.

Məlumatda qeyd olunur ki, "sonuncu qaynaq" qaz kəmərinin dəniz və sahil seksiyasını birləşdirəcək.

"Bu, Qara dənizdə qaz kəməri sisteminin yaradılması üzrə bütün kompleks işlərinin bitməsini simvolizə edir", - deyə "Turkstream" şirkətinin bəyanatında bildirilir.

Rusiyadan başlayan və Qara dəniz üzərindən Türkiyəyə Kırklarelinin Vize rayonundan daxil olan Türk Axını Təbii Qaz Boru Kəməri Rusiya qazını ilkin mərhələdə Türkiyəyə, buradan da Avropaya çatdıracaq.

İki ayrı-ayrı boru kəmərilə təbii qaz ötürülməsini təmin edən xətt iki torpaq və iki dəniz hissədən ibarətdir. 2017-ci ilin may ayında dəniz hissəsinin tikintisinə başlanan layihənin ümumi gücü 31,5 milyard kubmetr səviyyəsində müəyyən edilib.

Флаг с символикой компании Nord Stream 2 AG, ведущей строительство газопровода Северный поток-2 в Германии - Sputnik Azərbaycan
Avropada ikitirəlik: ATƏT "yox" deyir", alman nazir tərifləyir

Dünyanın ən böyük təbii qaz ixracatçısı olan Rusiya ehtiyatlarını dünya bazarlarına köçürmənin strateji və təhlükəsiz yollarını müəyyən edərək təbii qaz ticarətində müxtəlif bazarlara çatmaq istəyir. Bu yollar arasında ən çox gündəmdə olan və Türkiyə ilə strateji tərəfdaşlığın davamını təmin edəcək Türk Axını layihəsi Rusiyanın enerji siyasətinin əhəmiyyətli bir parçasıdır.

Enerji ehtiyatı göndərmə təhlükəsizliyini təmin etmək və geosiyasi mövqeyini gücləndirmək baxımından Türk Axını layihəsi Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Rusiya da Türkiyə kimi əhəmiyyətli ticarət partnyoru ilə ixracatını davam etdirmə fürsəti qazanır.

Xəbər lenti
0