Kor tutduğunu buraxmır - Vaşinqtonun şantaj kampaniyası davam edir

© REUTERS / HANDOUTПервые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция
Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb ki, rəsmi Ankaraya "S-400" və "F-35"-lərin uyğun olmadığı dəfələrlə anladılıb

BAKI, 26 iyul — Sputnik. "Türkiyənin Rusiyadan aldığı "S-400"lərin işlək hala gətirilməsini istəmirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo "Bloomberg" nəşrinə müsahibəsində Türkiyənin Rusiyadan "S-400" sistemlərini alması və mümkün sanksiyalarla bağlı açıqlamasında bildirib.

Pompeo qeyd edib ki, Türkiyənin Rusiyadan aldığı "S-400"ləri aktiv, işlək hala gətirməsi yolverilməzdir: "Buna cavab olaraq Türkiyə "F-35" qırıcılarına dair proqramdan çıxarıldı. Lakin əlavə sanksiyalar da gələ bilər. "S-400"lərin işlək vəziyyətə gətirilməsini istəmirik. Məqsədimiz budur".

ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb ki, rəsmi Ankaraya "S-400" və "F-35"-lərin uyğun olmadığı dəfələrlə anladılıb: "Bu sistemin (S-400) bir qismini təhvil aldılar. Türklərin bu məsələni yenidən nəzərdən keçirməsini istəyirik".

Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
Türk general: "S-400"lər bəhanədir, ABŞ Türkiyəni qonşusuna qurban vermək istəyir

Respublikaçılar Partiyasının nüfuzlu senatorlarından Lindsey Graham da məsələyə münasibət bildirib: "Türkiyənin "S-400"ləri aktiv hala gətirməsi nəticəsində münasibətlərimizin zərər görməyəcəyi bir yol tapmalıyıq. Türkiyə ilə "qazan-qazan" yolunu seçmək istəyirik. Müttəfiqimiz Türkiyə ilə sərbəst Ticarət Razılaşmasını müzakirə edərək daha güclü bir münasibət qura biləcəyimizə ümid edirəm".

Xatırladaq ki, ötən gün Türkiyənin Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükünün birinci mərhələsi başa çatıb.

Qeyd olunur ki, "S-400"lərin ilk partiyasının tədarükü Ankarada yerləşən Mürtəd bazasına həyata keçirilib.

Məlumata əsasən, ümumilikdə tədarük çərçivəsində 30 təyyarə reysi reallaşıb.

Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

F-35 tipli qırıcı - Sputnik Azərbaycan
ABŞ "F-35"lərlə bağlı qərarını verdi

Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Xəbər lenti
0