“Mavilər donuzdan murdardırlar" – telekanalın bəyanatı qalmaqal yaratdı

© AFP 2023 / Rajanish KakadeИндийские журналисты слушают видеоконференцию противоречивого исламского проповедника и основателя Фонда исламских исследований Закира Найка
Индийские журналисты слушают видеоконференцию противоречивого исламского проповедника и основателя Фонда исламских исследований Закира Найка - Sputnik Azərbaycan
Abunə olmaq
Homoseksualların təhqir edilməsi telekanalı lisenziyadan məhrum edə bilər

BAKI, 26 iyul — Sputnik. Britaniyada yayımlanan "Peace TV" islam telekanalı homoseksualların təhqir olunduğu verilişdən sonra yayım lisenziyasından məhrum ola bilər.

Sputnik Azərbaycan-ın "The Times" qəzetinə istinadən verdiyi xəbərə görə, Britaniyanın teleradio yayımlarına nəzarət idarəsi ("Ofcom") izah edib ki, telekanalın "Homoseksuallar Vadisi" (Valley of the Homosexuals) adlı verilişində homoseksualların "heyvandan pis" və "donuzdan murdar" olduğu deyilib.

Digər bir proqramda isə cadugərlik başında tutulmuş adamlara qarşı ölüm cəzasının tətbiq olunmasına çağırış edilib.

"Ofcom"un diqqətini, həmçinin kanalın efirində qonaq olmuş terapevtin dedikləri çəkib. 2017-ci ilin noyabrında Doktor Nayk "Peace TV" tamaşaçılarına deyib ki, qanunsuz olsa da, yaşı 18-dən aşağı olan qızlarla ailə qurmaqda "heç bir problem yoxdur".

Telekanal "Ofcom"un bəyanatına verdiyi cavabında İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya uyğun olaraq söz azadlığı haqqının olduğunu bildirib.

Lakin idarə adıçəkilən pozuntuların cəza tətbiqi, yəni cərimə kəsilməsi və ya lisenziyanın ləğv edilməsi üçün kifayət etdiyini hesab edir. Məsələ ilə bağlı son qərar bu ilin sonunadək veriləcək.

Xəbər lenti
0