Ərbil terrorunu planlaşdıranlar vuruldular

© AFP 2023 / SAFIN HAMEDİyulun 17-də İraqın Ərbil şəhərində restorana təşkil olunmuş silahlı hücum nəticəsində Türkiyənin Baş konsulluğunun bir əməkdaşı həlak olub
İyulun 17-də İraqın Ərbil şəhərində restorana təşkil olunmuş silahlı hücum nəticəsində Türkiyənin Baş konsulluğunun bir əməkdaşı həlak olub - Sputnik Azərbaycan
Abunə olmaq
Qurumlar ayrı-ayrılıqda iki əməliyyat keçirib

BAKI, 25 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) və Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları Türkiyənin Ərbil Baş Konsulluğunda işləyən şəxsin ölümü ilə nəticələnən hücuma cavab olaraq ayrı-ayrılıqda iki əməliyyat keçirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Ərbildə terror qurbanlarının sayı artdı

Belə ki, ilk əməliyyat adıçəkilən hücumun sabahkı günü, iyulun 18-də həyata keçirilib.

Saxlanılan şəxslərin ifadəsi əsasında aparılan kəşfiyyat işləri çərçivəsində "PKK idarəçisi" olduğu bildirilən bir şəxs öldürülüb.

Daha bir əməliyyat isə ötən gün həyata keçirilib. Nəticədə daha bir PKK üzvü öldürülüb. Əməliyyatın havadan və ya qurudan həyata keçirildiyi bilinmir.

Xatırladaq ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana təşkil olunmuş silahlı hücum nəticəsində Türkiyənin Baş konsulluğunun bir əməkdaşı həlak olub.

Xəbər lenti
0