03:06 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Rusiyada saxlanılan ukraynalı hərbçilər

Kiyev anons etdi, Moskva ilə tarixi anlaşma əldə olunub

© Sputnik / Maksim Blinov
DÜNYA
Qısa URL
71 0 0

Dənizçilərin qaytarılmasına dair razılıq əldə olunub

BAKI, 24 iyul — Sputnik. Ukraynanın Ombudsmanı Lyudmila Denisova bəyan edib ki, Rusiyada saxlanılan ukraynalı hərbçilərin qaytarılmasına dair razılıq əldə olunub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Dənizçilərin qaytarılmasına dair razılıq əldə olunub. Beynəlxalq tribunalın dəniz qanuna dair qərarı var. Hazırda son sənədlər rəsmiləşdirilir. Düşünürəm ki, yaxın vaxtlarda dənizçiləri vətəndə görəcəyik", - deyə Denisova qeyd edib.

Xatırladaq ki, bu ilin iyunun 27-ində Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə müraciət edərək onu ukraynalı hərbçiləri azad etməyə çağırıb.

"Bizim hamımızın uşaqları var, uşaqları valideynlərinə qaytarın", - deyə Zelenski Kiyevdə keçirilən brifinqdə bildirib. O, bu fikirləri rus dilində səsləndirib.

Qeyd edək ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. İnsidentdən sonra Ukraynanın 23 dənizçisi həbs olunub.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Əsas mövzular