"Facebook"a böyük zərbə: şirkət küllü miqdarda cərimə ödəyəcək

© REUTERS / Dado RuvicFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ildə "Facebook" 2,7 milyon avropalı istifadəçinin şəxsi məlumatlarının "Cambridge Analytica" şirkətinin əlinə keçməsi ehtimalını təsdiqləyib

BAKI, 24 iyul — Sputnik. ABŞ-ın Federal Ticarət Komissiyası "Facebook Inc." şirkətini beş milyard dollar həcmində cərimələyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə komissiyanın yaydığı bəyanatda bildirilir.

Bundan başqa, "Facebook" şəxsi məlumatların mühafizəsinə dair tələbləri daha da sərtləşdirməli olacaq.

2018-ci ilin aprelində "Facebook" 2,7 milyon avropalı istifadəçinin şəxsi məlumatlarının "Cambridge Analytica" şirkətinin əlinə keçməsi ehtimalını təsdiqləyib. Şirkət bu haqda məktubu Avropa Komissiyasına göndərib.

Həmin il "The New York Times" qəzeti xəbər verib ki, seçkiqabağı kampaniya çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlıq etmiş "Cambridge Analytica" qanunsuz olaraq 50 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatını toplayıb. Bu məlumatlar əsasında seçicilərin siyasi maraqları öyrənilib və sosial şəbəkədə onlara bu maraqlara uyğun reklamlar göstərilib.

ABŞ-ın Massaçusets ştatının baş prokuroru Mara Heley "Facebook" və "Cambridge Analytica" şirkətlərinə qarşı təhqiqatın başladığını elan edib.

Xəbər lenti
0