01:38 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
F-35 qırıcı təyyarə

Türkiyə bunu heç gözləmirdi, qərar verilib və geri dönüşü yoxdur

© AP Photo / Ariel Schalit
DÜNYA
Qısa URL
472 0 0

Türkiyə daha o proqramda yoxdur, nöqtə bir il sonra qoyulacaq

BAKI, 24 iyul — Sputnik. Birləşmiş Ştatların hərbi-sənaye korporasiyası "Lockheed Martin Corporation" Türkiyənin 2020-ci ildə "F-35"-lərin istehsalı üzrə proqramdan çıxarılacağını bəyan edib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu şirkətin ikinci rübündə gəlirlərinə dair toplantıda çıxış edən qurumun icraçı direktoru Merilin Hevson bildirib.

O, qeyd edib ki, Türkiyədə 2020-ci ilin martından "F-35"-lərin hissələrinin istehsalı dayandırılacaq. Türkiyədə istehsal olunan "F-35" qırıcısının hissələri isə Birləşmiş Ştatlarda istehsal olunacaq.

Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyəni "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarılmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpa edilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub", - deyə Türkiyə XİN bildirib.

Nazirlik Türkiyənin "F-35"-lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.

Əsas mövzular