23:21 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Donald Tramp, arxiv şəkli

Tramp yeni baş naziri təbrik etdi: "Möhtəşəm olacaq! "

© Ludovic Marin/Pool via REUTERS
DÜNYA
Qısa URL
26 0 0

Tereza Meydən xoşlanmayan Tramp sevinir

BAKI, 23 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp Boris Consonu Böyük Britaniyanın yeni Baş naziri seçilməsi münasibəti ilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrik mesajını Tramp öz "Twitter" səhifəsində yazıb. Birləşmiş Ştatlar prezidentinin fikrincə, Conson bu vəzifədə "möhtəşəm" olacaq.

"Boris Consonu Birləşmiş Krallığın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edirik. O, möhtəşəm olacaq ", - Tramp yazıb.

Xatırladaq ki, bu gün Böyük Britaniyanın Mühafizəkarlar partiyasının yeni rəhbəri ölkənin sabiq xarici işlər naziri və Londonun sabiq meri Boris Conson seçilib.

Conson çərşənbə günü, hazırkı baş nazir Tereza Mey səlahiyyətlərinin icrasını dayandırdıqdan sonra baş nazir olacaq.

Hazırkı baş nazirdən səlahiyyətlərin yeni baş nazirə keçməsinə dair rəsmi mərasim sabah baş tutacaq. Belə ki, Mey parlamentdə son dəfə olaraq parlamentarilərin suallarını cavablandıracaq. Bundan sonra kraliça II Elizabet Meyin istefasını qəbul edəcək və yeni baş nazirdən hökuməti formalaşdırmağı istəyəcək. Əsas postlara təyinatların sabah axşam saatlarında elan olunması gözlənilir.

Əlaqədar

Britaniyanın yeni baş nazirinin adı açıqlandı
Teqlər:
təbrik, Twitter, Boris Conson, Donald Tramp

Əsas mövzular