Azərbaycanlılar Türkiyədə qəzaya düşdülər

© AFP 2023 / DHA / DOGAN NEWS AGENCY Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzada xəsarət alanlardan 3-ü azərbaycanlıdır

BAKI, 23 iyul — Sputnik. Türkiyənin Ərdahan vilayətində avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “Dairə yolu” adlanan ərazidə baş verən qəzada xəsarət alanlar arasında azərbaycanlılar da olublar. 

Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
HADİSƏ
Şəmkirdə ağlr qəza nəticəsində sürücünün qolu kəsilib
Məlumata görə, 8 yaralıdan 3-ü azərbaycanlıdır.

Qeyd olunur ki, Türkiyə vətəndaşı Çetin Yıldızın idarəsində olan 34 VT 0492 nömrə nişanlı avtomobil ilə azərbaycanlı Anverdi Bağırovanın idarəsində olan T 652 XT 86 markalı avtomobil toqquşub. Sürücülərlə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Azərbaycanlı sürücünün idarə etdiyi avtomobildə olan Sevda Bağırova və Səkinə Bağırova da xəsarət alıblar. Bütün yaralılar Ərdahan Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Xəbər lenti
0