04:11 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Стратегические бомбардировщики-ракетоносцы Ту-95МС

Yaponiyadan Rusiya və Cənubi Koreyaya gözlənilməz etiraz

© Sputnik / Aleksey Nikolsky
DÜNYA
Qısa URL
31 0 0

Cənubi Koreya təyyarələri

BAKI, 23 iyul — Sputnik. Yaponiya Takesima (koreyalılar Tokto adlandırır) adasında Rusiya hərbi təyyarəsinin iştirakı ilə baş verən insidentə görə diplomatik kanallar vasitəsilə Rusiya və Cənubi Koreyaya etiraz edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Yaponiya bu adanı öz ərazisi hesab edir.

"Bu bizim ölkəmizin ərazisidir və bu cür hərəkətlər yolverilməzdir", - deyə etirazda bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi bu ölkənin Hava Kosmik Qüvvələrinə məxsus təyyarələrin Cənubi Koreyanın hava məkanını pozmasına dair məlumatları təkzib edib.

Tokto (Takesima) adaları ərazisində Rusiya təyyarələrinə Cənubi Koreyaya məxsus iki "F-16" tipli qırıcı yaxınlaşaraq onların hərəkət etdiyi kursa daxil olub və onların təhlükəsizliyinə təhdid yaradaraq qeyri-peşəkar manevrlər həyata keçirib", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, Cənubi Koreyadan olan pilotlar Rusiya təyyarələri ilə əlaqəyə daxil olmayıb, daha sonra istilik raketləri ilə atış açıb və oradan aralanıblar.

Nazirlikdən vurğulanıb ki, Rusiya təyyarələri uçuşu beynəlxalq normalara uyğun həyata keçirib. Bombardmançı təyyarələr Tokto adasından 25 kilometr aralıda uçublar və uçuş planından kənara çıxmayıblar.

Qeyd edək ki, daha əvvəl "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinə istinadən məlumat yayıb ki, Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarəsi Cənubi Koreyanın hava məkanını iki dəfə pozub.

Agentlik bildirir ki, hava məkanının pozulmasına cavab olaraq Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinin qırıcıları xəbərdarlıq atəşi açıblar.

Hadisə Yapon dənizində yerləşən Tokto adaları yaxınlığında baş verib. Həmin adalar Koreya ilə Yaponiya arasında mübahisəli ərazi sayılır.

Əlaqədar

Rusiya Koreyanı təşvişə salan uçuş detallarını açıqladı

Əsas mövzular