04:56 20 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
83700

Vaşinqon yaxasını kənara çəkdi: "Tankerinizi özünüz azad edin"

BAKI, 23 iyul — Sputnik. İran tərəfindən saxlanılmış neft tankerinin azad edilməsi məsuliyyəti Böyük Britaniyanın öz üzərinə düşür. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo "Fox News" telekanalının efirində bəyan edib.

Nüvə başlıqlı sualtı gəmi, arxiv şəkli
DON S. MONTGOMERY / Navy Visual News Service (NVNS) / AFP

Qeyd edək ki, iyulun 19-u İran İslam İnqilabı Keşikçiləri Korpusu "Stena Impero" adlı neft tankerini saxlayıb. Verilən məlumata görə, gəmi Britaniya bayrağı altında üzürdü. Tehran iddia edib ki, 23 ekipaj üzvü olan gəmi beynəlxalq dəniz hüququnun bir neçə bəndini pozub. Britaniya Baş Naziri Tereza Mey artıq İrandan tankeri və onun ekipajını azad etməyi tələb edib. Hörmüz boğazında saxlanılmış gəminin hazırda İranın Bəndər Abbas limanında lövbər saldığı bildirilir.

ABŞ-ın tanker probleminin həllində rolu nədir sualına cavab verərkən Pompeo deyib: "Britaniyanın öz məsuliyyətidir ki, öz gəmilərinin qayğısına qalsın".

Pompeo, həmçinin İranı "quldurluq" etməkdə günahlandırıb: "Onların (İranın – red.) etdiyi – bir dövlətin beynəlxalq sularda üzən gəmini saxlaması dövlət səviyyəsində quldurluğa bərabərdir".

Əsas mövzular