Türkiyə malları Ermənistanda qalmaqal yaratdı

© Sputnik / Asatur YesayantTürkiyədə istehsal olunub
Türkiyədə istehsal olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə istehsalı olan geyimlər Ermənistan alıcıları arasında populyardır

BAKI, 22 iyul — Sputnik. Yerevan – İstanbul – Yerevan avtobusunun sərnişinləri gömrük işçiləri ilə dava ediblər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

İnsident avtobusun Ermənistana qayıtdığı Hohavan – Privolnoe gömrük məntəqəsində baş verib.

Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Moskva qərar verdi, Ermənistan satılan qazın qiyməti artırılır

Avtobusun sərnişinləri Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarına qarşı zorakılıq ediblər, onlara qarşı bədən xəsarətləri yetirməklə gömrük nəzarətindən yayınmağa cəhd ediblər.

Hazırda Ermənistan polisi baş verənlərin təfərrüatlarını araşdırır və günahkarların şəxsiyyətini dəqiqləşdirir. Avtobus sərnişinləri tərəfindən gətirilən məhsullar gömrük anbarına çatdırılıb.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi, xüsusi ilə İstanbul – Yerevan reysi ilə hərəkət edən vətəndaşları Ermənistan qanunvericiliyinə və Avrasiya Gömrük Məcəlləsinə riayət etməyə və özlərini mədəni aparmağa çağırıb. Bu reyslə hərəkət edən sərnişinlər artıq neçənci dəfədir ki, müxtəlif insidentlərdə iştirak edir və hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşür.

Türkiyə istehsalı olan geyimlər Ermənistan alıcıları arasında populyardır.

Xəbər lenti
0