"Twitter" də “müharibəyə” qoşuldu, İran KİV-lərinə qadağa qoydu

© AFP 2023 / LOIC VENANCEСоциальная сеть Twitter
Социальная сеть Twitter - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Braitaniyaya aid tankeri saxlaması vəziyyəti son dərəcə gərginləşdirib

BAKI, 21 iyul - Sputnik. "Twitter" sosial şəbəkəsi İranın bir neçə kütləvi informasiya vasitəsinin, o cümlədən "İRNA", "YJC" və "Mehr" informasiya agentliklərinin hesablarını dondurub.

Sputnik Azərbaycan-ın məlumatına görə, farsdilli hesabların dondurulması prosesi davam edir.

ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Trampdan "Facebook"a böyük təklif

İranın Britaniyanın Hörmüz boğazında neft tankerini saxlamasından sonra, "Twitter"də İranın qurumlarına aid hesablar dondurulmağa başlayıb.

Məsələ ilə əlaqədar İranın Gənc Jurnalistlər Klubunun (YJC) direktoru Abbas Hünərmənd bildirib ki, "Twitter"də hesabın dondurulması ilə əlaqədar bu şəbəkəyə məktub ünvanlanıb və onlar məsələni araşdıracaqlarını bildiriblər.

A.Hünərmənd bunun 3-5 gün davam edə biləcəyini deyib: "Ehtimal olunur ki, İranın Britaniyanın neft tankerini saxlaması ardınca bu hadisə baş verib".

Qeyd edək ki, 19 iyulda İran Britaniyaya məxsus “Stena İmpero” neft tankerini saxlayıb.

Xəbər lenti
0