04:12 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
İran raketi, arxiv şəkli

Tehrandan Ər-Riyada çağırış: Təhlükəsizliyi xaricdə axtarmayın

© AP Photo / HASAN SARBAKHSHIAN
DÜNYA
Qısa URL
102 0 0

Pentaqon Səudiyyə Ərəbistanına bir neçə yüz hərbçi göndərəcək

BAKI, 20 iyul — Sputnik. ABŞ-ın Səudiyyə Ərəbistanına bir neçə yüz hərbçi göndərmək planı "simvolik addımdır" və təhlükəsizliyin təminatında heç kəsə xeyir gətirməyəcək. Sputnik Azərbaycan "The National Interest" nəşrinə istinadən xəbər verir ki, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

Bir müddət əvvəl "Wall Street Journal" amerikalı məmurlara istinadən xəbər verib ki, Pentaqon Səudiyyə Ərəbistanına bir neçə yüz hərbçi göndərəcək. Bu addımın Tehran və onun müttəfiqlərindən doğa biləcək təhlükələrə qarşı atıldığı bildirilir.

Məlumata əsasən, ABŞ artıq 500 hərbçinin "Şahzadə Sultan" aviabazasına göndərilməsinə başlayıb.

"Bu simvolik addımdır və təhlükəsizlik məsələsində heç kəsə kömək etmir. Təbii ki, təhlükəsizliyi xaricdən almaq mümkün deyil. Hesab edirik ki, region ölkələri əməkdaşlıq və regional inteqrasiya vasitəsilə özləri öz təhlükəsizliyini təmin etməlidirlər. Onu xaricdən almalı deyillər", - Zərif "The National Interest" nəşrinə verdiyi müsahibədə deyib.

Əsas mövzular