Zəlzələ Afinanı silkələdi

Abunə olmaq
Təkanların episentri Afinadan 26 kilometr şimal-qərbdə yerləşib

BAKI, 19 iyul — Sputnik. Yunanıstanın paytaxtı Afinanın yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, təkanlar yerli vaxtla saat 11:13-də (Bakı vaxtı ilə 15:13-də) qeydə alınıb.

Təkanların episentri Afinadan 26 kilometr şimal-qərbdə yerləşib.

"Associated Press" xəbər verir ki, zəlzələ səbəbindən Afina sakinləri evlərini tərk edərək küçəyə çıxıblar.

Xəbər lenti
0