Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gizli valyuta müharibəsi başladı: dollar və avro devalvasiya təhlükəsi ilə üz-üzə qalıb

© Sputnik / Mihail KutuzovДоллары США и евро
Доллары США и евро - Sputnik Azərbaycan
Abunə olmaq
Analitiklər hesab edirlər ki, qlobal valyuta müharibəsi başlayıb

BAKI, 18 iyul — Sputnik. Nəhəng bankların və investisiya fondlarının analitikləri həyəcan təbili çalır – dünya üzrə ticarətin zəifləməsi və yavaşlaması fonunda qlobal valyuta müharibəsi başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bununla bağlı olaraq artıq dollar və avronun ucuzlaşması gözlənilir.

Ticarət müharibələri dünya iqtisadiyyatını əməlli-başlı sarsıdıb. Buna görə də mərkəzi bankların milli iqtisadiyyatları dəstələmək üçün müxtəlif stimullaşdırıcı tədbirlər görəcəyini gözləmək olar. Hazırda iqtisadiyyatı dəstəkləməyin yeganə yolu valyutanın zəiflədilməsidir – bu ixrac olunan malların dünya bazarında rəqabətə davamlığını artıracaq.

Lakin bir neçə ölkə milli valyutalarını zəiflətsə, bu valyuta müharibəsinin başlaması demək olacaq. Yeri gəlmişkən, "Bank of America Merrill Lynch" investisiya bankının analitikləri hesab edirlər ki, belə bir müharibə artıq başlayıb və dünyanın bütün aparıcı ölkələrinin bankları bu müharibədə gizli olaraq iştirak edir.

Saatsaz Hacı Fətəliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saatsaz Hacı: "Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub"

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Avropa Mərkəzi Bankının sədri Mario Dragini avronu zəiflətməkdə qınayıb. Bununla yanaşı, Ağ Ev rəhbəri Çini bilərəkdən yuanı ucuzlaşdırmaqda, bu yolla ixracatın dəyərini aşağı salmaqda və ABŞ-la ticarət balansını pozmaqda günahlandırıb.

Tramp, həmçinin dolların bahalı olduğundan gileylənərək, bunun Amerika mallarının və xidmətlərinin ixracına mane olduğunu deyib.

ABŞ liderinin bu sözləri artıq Uoll-Stritdə spekulyasiyalar dalğasına səbəb olub. Analitiklər belə bir qənaətə gəliblər ki, Tramp yaxın günlərdə dolların devalvasiyasına dair qərar qəbul edəcək. Qeyd edək ki, iyulun ortalarında Tramp köməkçilərinə dolların məzənnəsinin zəiflədilməsini götür-qoy etməyi tapşırıb.

Dünyanın nəhəng investisiya fondu "PIMCO da mərkəzi bankların, o cümlədən Federal Ehtiyatlar Sisteminin bilərəkdən milli valyutaları zəiflətdiyini bəyan edib.

Lakin qeyd edək ki, bir çox analitik milli valyutaların zəiflədilməsinin doğru qərar olmadığını düşünür.

Məsələn "Bank of America" ekspertlərinin fikrincə, Trampın zəif dollar siyasəti iqtisadi artımı sarsıda bilər, belə ki, bu strategiya uzunmüddətli perspektivdə ölkə borclarının dəyərini artıracaq. Siyasət dolların stabilliyinə qarşı yönəlsə, xaricilər Amerikanın dövlət borcunu maliyyələşdirməyəcəklər.

Dollar isə dünyanın ehtiyat valyutası kimi qəbul edilir və ABŞ tamamilə onun bu imicindən asılıdır.

Xəbər lenti
0