23:28 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
77 0 0

Vəfat edənlər arasında uşaq və qadınlar da var

BAKI, 18 iyul — Sputnik. Türkiyənin Van vilayətinin Özalp rayonunda qanunsuz mühacirləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Məlumata əsasən, qəza nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

Van vilayətinin rəhbəri Mehmet Emin Bilmez isə qeyd edib ki, mikroavtobus dərəyə yuvarlanıb: "Hazırda olan məlumata görə, 15 şəxs həlak olub, 20-dən çox yaralımız var. Xəstəxanalara müvafiq tapşırıqlar verilib. Onların hara vətəndaşları olması barədə məlumatımız yoxdur. Onların Əfqanıstan, Pakistan və Banqladeş vətəndaşları ola biləcəyini düşünürük. Vəfat edənlər arasında uşaq və qadınlar da var".

Əsas mövzular